
Azərbaycan millisinin heyəti açıqlanıb.
Maraqlıdır ki, hər dəfə milli komandaya dəvət olunacağı gözlənilsə də, Fernandu Santuşun yığmada “Səbail”in yarımmüdafiəçisi Rüfət Abdullazadəyə yer verməyib.
O, apasport.az saytına açıqlama verib. Futbolçu hər milli toplanışı öncəsi gözlənilsə də, portuqaliyalı mütəxəssisin ona ehtiyac duymamasını bu cür şərh edib:
"Milli komandadan dəvət gözləmirdim desəm, yalan olar. Təbii ki, dəvət gözləyirdim. Hər bir futbolçu kimi mən də milli komandada oynamaq istəyirəm. Amma bu da dünyanın sonu deyil. Öz üzərimdə çalışacam ki, növbəti toplanışa dəvət edilim. Nə vaxt dəvət etsələr, hər zaman yığma üçün ən yaxşısını etməyə hazır olacam.
Milliyə dəvət edilməməyimin xüsusi səbəbi yoxdur. Yəqin ki, performansımda çatışmayan cəhətlər var. Onları da aradan qaldırmalıyam".
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL