Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsini (ROK) üzvlüyündən çıxarıb.
Apasport.az xəbər verir ki, bunu BOK-un nümayəndəsi Mark Adams açıqlayıb.
Belə addım atılmasına Donetsk və Luqansk respublikaları, Xerson və Zaporojye vilayətlərinin olimpiya şuralarının ROK-a daxil edilməsi səbəb olub. BOK-un İcraiyyə Komitəsi tərəfindən verilən bu cəza məsələ ilə bağlı növbəti qərar verilənə qədər qüvvədə qalacaq. ROK bu müddətdə milli olimpiya komitəsi kimi fəaliyyət göstərə bilməyəcək və olimpiya hərəkatı tərəfindən maliyyələşməyəcək.
Qeyd edək ki, Donetsk və Luqansk respublikaları, Xerson və Zaporojye vilayətlərinin olimpiya şuraları oktyabrın 5-də ROK-a üzv qəbul olunub.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib