Rusiyalı jurnalist və hərbi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın paytaxtında keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasına münasibət bildirib.
Apasport.az xəbər verir ki, bu barədə o “Telegram” kanalında paylaşım edib.
“Ermənistan həmişə olduğu kimi öz rolundadır. Azərbaycandan ağır atletlərinin də iştirak etdiyi Avropa çempionatının rəsmi açılış mərasimində Aram Nikolyan çirkin və alçaq fənd edib”, – deyə o bildirib.
İqor Korotçenko bildirib ki, İrəvanda baş verənlər milli nifrət və düşmənçiliyi qızışdırır.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib