Rüstəm Orucov heyətdən kənarlaşdırıldı - SƏBƏB
28.01.2023 - 12:46
Cüdo üzrə Azərbaycan millisi Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pridə ciddi itki ilə üzləşib.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, yarışın ikinci günündə çıxış etməli olan Rüstəm Orucov (81 kq) xəstələndiyinə və çəkiölçmədən öncə 38 dərəcədən yuxarı qızdırması olduğu üçün turnirdən kənar qalıb.
Bu, həkimin qərarına əsasən olub. Orucovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0