"Sabah" basketbol komandası bu gün FİBA Avropa kubokunun növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi ikinci matçında Türkiyənin “Bağçaşəhər” komandasını qəbul edib.
“Sərhədçi” İdman Mərkəzində təşkil olunan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb. Oyuna yaxşı başlayan türklər böyük fasiləyə 11 xal fərqi ilə üstün yollanıblar. Üçüncü periodda "Sabah" xal fərqini 7 xala kimi azaltsa da, bundan artığına gücü çatmayıb. “Bağçaşəhərər” daha yaxşı oynayaraq, böyük fərqlə qələbə qazanıb.
Qeyd edək ki, “Sabah” ilk görüşündə Monteneqroda “Mornar”a 75:80 hesabı ilə məğlub olub.
FİBA Avropa kuboku
II tur
25 oktyabr
19:00. “Sabah” (Azərbaycan) – “Bağçaşəhər” (Türkiyə) - 65:83 (18:22, 18:25, 15:11, 14:25)
“Sərhədçi” İdman Mərkəzi
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO