“Sabah” aparıcı futbolçularını komandada saxlamaq istəyir.
Apasport.az saytına verilən məlumata görə, Masazır klubu hücumçusu Davit Volkova yeni müqavilə təklif edib.
Belə ki, “Sabah” onun müqavilə müddətini artırmaq niyyətindədir. 28 yaşlı hücumçunun da “Sabah”da qalmağa isti baxdığı iddia edilir. Gürcü forvardın Azərbaycan klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
Qeyd edək ki, Gürcüstan millisinin üzvü “Qaqra”, “Dinamo”(Tbilisi), “Sioni”, “Çixura”, “Zemun”, “Saburtalo”da oynadıqdan sonra “Qəbələ”yə keçib. Sonradan “Zirə” ilə anlaşmış Volkov, 2022-ci ildə “Sabah”la anlaşıb.
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"