"Sabah" "Mançester Siti"yə 3 qol vurub, amma...
17.04.2025 - 15:45
"Sabah" "Mançester Siti"yə 3 qol vurub, amma...

Türkiyənin Antalya şəhərində təşkil olunan “Junior World Cup” beynəlxalq futbol turnirinə start verilib.

Apasport.az xəbər verir ki, turnirdə iştirak edən “Sabah” Futbol Klubunun U-13 və U-15 komandaları artıq ilk görüşlərini keçiriblər.

Nasir Nəsirlinin rəhbərlik etdiyi U-13 kollektivi debüt matçında İngiltərənin “Mançester Siti” komandası ilə üz-üzə gəlib. Məhsuldar keçən görüş "Sabah"ın 3:5 hesablı məğlubiyyəti ilə başa çatıb. Bakı təmsilçisinin qollarını Elton Məmmədov, Yusif Ağayev və Yusif Fətullayev vurub.

Digər yaş qrupu üzrə – U-15 komandası isə Şahin Zeynalovun rəhbərliyi altında İspaniyanın “Rayo Valyekano” klubu ilə qarşılaşıb. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib – 1:1. Azərbaycan təmsilçisinin yeganə qolunu Ayxan İbadov vurub.