"Sabah" özbəkistanlı futbolçunun transfer hüququna yiyələnib
06.01.2026 - 12:36
"Sabah" özbəkistanlı futbolçunun transfer hüququna yiyələnib

"Sabah" klubu futbolçu Umarali Raxmonaliyevin transfer hüququna yiyələnib.

Apasport.az xəbər verir ki, "bayquşlar"ın Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın "Rubin" klubu ilə bağladığı müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.

22 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Umarali Raxmonaliyev 2025-ci ilin yanvarından "Sabah"ın üzvüdür. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.