“Sabah”ın futbolçusu UEFA-nın rəmzi komandasında - FOTO
15.10.2026 - 19:15
“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasında həftənin rəmzi heyətinə seçilib.
Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Azərbaycan çempionunun qolkiperi turnirin liqa mərhələsinin II turunun ən yaxşıları sırasında yer alıb.
Qeyd edək ki, “Sabah” II turda Praqanın “Slaviya” klubunu 2:0 hesabı ilə məğlub edib.

0
0