
“Sabah”ın futbolçusu Ayaz Quliyev 2024/2025 mövsümündən Azərbaycan Premyer Liqasında yerli statusu ilə oynayacaq.
Apasport.az saytına verilən məlumata görə, Masazır klubunun ötən mövsümün startında heyətinə qatdığı yarımmüdafiəçiyə Azərbaycan pasportu verilib.
27 yaşlı futbolçu yeni sezondan “Sabah”da legioner limitini doldurmayacaq və komandada azərbaycanlı kimi çıxış edəcək. Halbuki futbolçu 2023/2024 mövsümündə legioner kimi oynayırdı.
Bu halda, Quliyevin Azərbaycan millisinə dəvət edilməsi də mümkün olacaq. Fernandu Santuşun Quliyevin əvvəlki karyerası ilə maraqlandığı və xidmətində maraqlı olduğu, üstəlik onu milliyə cəlb etmək istədiyi bildirilir.
“Spartak”(Moskva) klubunun yetirməsi olan futbolçu “Anji”, “Rostov”, “Arsenal”(Tula), “Ximki” klublarının formasını geyinib.
O, həmçinin Rusiyanın aşağı yaş qruplarının sabiq üzvüdür. Quluyevin “Sabah”la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
- Elmar Baxşıyev: “Nəinki Qara, heyətimizdə milli səviyyəsində futbolçular var”
- “Qarabağ” Ovusu Kvabenanı qaytara bilərmiş - EKSKLÜZİV
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb