"Sabah"ın qapıçısı Qazaxıstan millisinə çağırılıb
12.03.2025 - 16:37

"Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan milli komandasına dəvət alıb.
Apasport.az xəbər verir ki, yığmanın baş məşqçisi Əli Əliyev 32 nəfərlik siyahıya Azərbaycanda çıxış edən legioneri də daxil edib. B
Bu gün Qazaxıstan millisinin Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı başlayıb. Pokatilov martın 17-də düşərgəyə qoşulacaq.
Qeyd edək ki, Qazaxıstan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Uels və Lixtenşteynlə üz-üzə gələcək.
0
0