"Sabah"ın Sekidika arzusu - ÖZƏL
02.02.2025 - 15:24
"Sabah"ın Sekidika arzusu - ÖZƏL

“Sabah” əsas futbolçularını komandada saxlamaq üçün danışıqlara başlayıb.

Apasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi Cessi Sekidikaya yeni müqavilə təklif edib.

“Sabah” nigeriyalı ilə bir illik müqavilə imzalamaq niyyətindədir. Tərəflər arasında danışıqlar başlayıb. 

Böyük ehtimalla futbolçu ilə klub müsbət yöndə anlaşacaq.

Qeyd edək ki, onun “Sabah”la sözləşmə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Sekidika Azərbaycan klubuna 2023-cü il sentyabrın 7-də keçib.

0