Azərbaycan Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında daha 1 medal qazanıb.
Apasport.az xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət komandamız bürüncə sahib çıxıb.
Sevil Bünyatova, Valeriya Bolşakova, Valentina Zeynalova və Fərəh Abbasovadan ibarət milli ilk görüşdə Hindistanı 45:23 hesabı ilə üstələsə də, yarımfinalda turnirin qalibi Rusiya yığmasına 19:45 hesabı ilə məğlub olub.
Qadın sablyaçılarımız üçüncü yer uğrunda keçirilən görüşdə Belarusa 45:30 hesabı ilə qalib gəlib.
Bununla da Azərbaycan idmançılarının Oyunlarda qazandığı medalların sayı 25-ə yüksəlib. Komandamızın hesabında 4 qızıl, 7 gümüş və 14 bürünc mükafat var.
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq