Türkiyənin İstanbul şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə "Satellite" turniri başa çatıb.
Apasport.az xəbər verir ki, qadınlardan ibarət milli komandamızın lideri Anna Başta yarışda bürünc medal qazanıb.
Qadın sablyaçıların şəxsi yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran Anna turnirin yarımfinalına kimi irəliləməyi bacarıb. Anna pley-offda Gürcüstan təmsilçisi Yeva Ahamian (15:5), əlcəzairli Kehla Zohra Nora (15:6), rumın Sabina Martis (15:12) və Türkiyə qılıncoynadanı Erbil Nisanura (15:8) qalib gələrək yarımfinala yüksəlib. O, burada güclü Ukrayna sablyaçısı Olqa Xarlanla qarşılaşıb. Başta turniri qalib başa vuran Olqa Xarlana 10:15 hesabı ilə uduzub.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək