
“Şamaxı” Azərbaycan çempionatlarında 850-ci qolunu vurub.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXV turuna təsadüf edib.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib.
Bu görüşdəki ilk qol bölgə təmsilçisi üçün yubiley xarakteri daşıyıb. 850-ci topun müəllifi Vasiliye Bakiç olub. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşıyan komanda 682-ci görüşdə bu göstəriciyə çatıb. Vurulan 851 qoldan 458-i evdə, 393-ü səfərdə qeydə alınıb.
Qeyd edək ki, “Şamaxı” bu göstəricidə yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
- Ehtiram Quliyev: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir"
- Aqil Nəbiyev: "Uşaqlar buna görə əziyyət çəkirlər"
- Milan Antiç: “Qəbələ” layiq olduğu yerə qayıtdı"- Müsahibə
- Məqsəd İsayev üçün əlamətdar matç