"Şamaxı" gücünü "Kəpəz"lə sınayacaq
15.07.2024 - 13:56

Azərbaycan Premyer Liqası komandalarından "Kəpəz" və "Şamaxı" bu gün yoxlama oyunu keçirəcək.
Apasport.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Görüşün start fiti saat 17:30-da səslənəcək.
Qeyd edək ki, "Kəpəz" təlim-məşq toplanışı dönəmində artıq 1 yoxlama matçında qüvvəsini sınayıb. Adil Şükürovun çalışdırdığı komanda "Turan Tovuz"a 0:4 hesabı ilə mğlub olub.
"Şamaxı" isə bu gün ilk yoxlama matçına çıxacaq. "Şirlər" hazırlıq prosesində daha 3 matça çıxmağı planlaşdırır. Rəqiblərin adları hələ müəyyənləşməyib.
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb
- Azərbaycanın U-19 millisinin toplanış üçün heyəti açıqlanıb
- Uşaq futboluna qənim kəsilən AFFA-nın virusları: Yadullayevlər, Abdullayevlər...
- Əfran İsmayılov: "Heç kim bizimlə oynamaq istəmir" - Müsahibə
0
0