"Şamaxı" "Zirə"ni darmadağın etdi - 5:2
31.03.2025 - 19:26
"Şamaxı" "Zirə"ni darmadağın etdi - 5:2

Azərbaycan Əvəzedicilər Liqasında XXVIII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub. Hər iki matçda eyni hesab qeydə alınıb.

“Səbail-2” “Kəpəz-2″ni, “Şamaxı-2” isə “Zirə-2″ni 5:2 hesabıyla məğlub edib.

Əvəzedicilər Liqası
XXVIII tur

31 mart

"Kəpəz-2" – "Səbail – 2" 2:5
Qollar: N.Fərəci, 16 (pen.), C.Kərimov, 65 – R.Abasov, 25, M.Əhmədov, 40, 85, B.Köçərli, 54 (pen.), H.Şirəliyev, 57

"Zirə-2" – "Şamaxı-2" 2:5
Qollar: Ş.Aşurov, 29, R.Qafarov, 89 – V.Məsimov, 12, Y.Hacıyev, 42 (avtoqol), M.Vəliyev, 44, 82, F.Məmmədli, 85