"Şamaxı"nın futbolçusu Türkiyə klublarının hədəfində - "Sabah"la mübarizə aparacaqlar
07.03.2025 - 11:47
"Şamaxı"nın futbolçusu Türkiyə klublarının hədəfində - "Sabah"la mübarizə aparacaqlar

“Şamaxı” daha bir legioneri ilə yollarını ayıra bilər.

Apasport.az saytına verilən məlumata görə, komandanın qapıçısı Rikardo Fernandeş bu mövsüm nümayiş etdirdiyi performansla bir çox klubun maraq dairəsinə düşüb.

Portuqaliyalı qolkiperin xidmətində maraqlı olan klublar arasında həm Azərbaycan təmsilçiləri də var.

"Şamaxı"nın futbolçusu Türkiyəyə yollanır?

Rikardonu heyətinə qatmaq istəyənlərdən biri də “Sabah”dır. Hətta Türkiyə klubları da Rikardonun performansını yüksək qiymətləndirdikləri üçün onu transfer siyahılarına daxil ediblər. 1-ci Liqada yarışan “Boluspor” qapıçını rənglərinə bağlamaq niyyətindədir.

Rikardo Fernandeş "Şamaxı"da qalacaq?

Amma onun Azərbaycanı tərk etməyəcəyi gözlənilir. O, hətta “Şamaxı”dan da ayrılmaya bilər. Çünki bölgə təmsilçisi qolkiperini komandada saxlamaq üçün danışıqlara başlayıb.

Hələ ki, 30 yaşlı qapıçının sezona hansı komandada başlayacağı bəlli deyil. 

Fernandeşin "Şamaxı" ilə müqavilə müddəti nə qədərdir?

Mövsümün əvvəlində “Şamaxı”ya keçən portuqaliyalının müqavilə müddəti mövsümün sonuna qədərdir. Rikardo Azərbaycana gələnə qədər “Belenenseş”, “Torrense”, “Eletriko”, “Oliveyrense”, “Anadiya”, “Fafe”, “Famalikan”, “Santa-Klara” komandalarının qapısını qoruyub.