Samboçularımızdan 5 medal
09.10.2023 - 18:39
Qırğızıstanın Bişkek şəhərində yeniyetmə və gənc samboçular arasında dünya birinciliyi keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri yarışda uğurla çıxış edib.
İdmançılarımız çempionatda ümumilikdə 5 medal qazanıb. Yeniyetmələrin mübarizəsində Nicat Sultanov (71 kq) gümüş, Ziyəddin Zeynallı (53 kq) və Sulhan Süleymanlı (79 kq) bürünc medal qazanıblar.
Gənc samboçulardan Sahib Babayev (58 kq) və Rəsul Aydəmirov (98 kq) fərqləniblər. Onların hər ikisi gümüş medala sahib olub.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0