
Misli Premyer Liqasının XXIV turunun "Neftçi" - "Sumqayıt" matçından sonra (1:0) meydan sahiblərinin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.
- Oyunun sonunda 4-lü müdafiəyə keçdiz. Startda belə sistemlə oynamağı düşünürsüz?
- Hələ yox. Bunun acısını "Araz-Nasxçıvan"la matçda çəkmişik. Bu gün düşünmürəm. Oyunun gedişatında ola bilər. Riskə gedirsən. Bunun üzərində durub, çempionatın axırına qədər təkmilləşdirsək, daha yaxşı olar.
- Vaqif Cavadov dedi ki, yanlış penalti oldu. Sizcə, haqlı hesab hansı idi?
- Desəm, penalti deyildi filan, yalan olar. Çünki epizodu görməmişəm. Köməkçilərim baxırdılar. Gördülər ki, penalti var. Bu cür oyun haqda danışmaq çətindir. Şərait özü oyunun tempi öldürür, səhvlərə məcbur edir. Yaxşı duruma getdiyimiz dönəmdə bizim üçün əlverişli deyildi. Meydança yaşıldı, qar təmizdir. Amma sürüşkən idi, top saxlayanda vaxt sərf edirsən, qərarlar verəndə gecikirsən... Bunlar anlaşılandır. Bu oyunun nəticəsi heç-heçə, 1:0 olardı, əks-hücumda qol buraxa bilərsən. Komandamdan razıyam. Səbrli oldular. Sona qədər inam da var idi. Rəqibin baş məşqçisinin dedikləri? Öz komandasına aiddir. Biz üç xalımızdan, mən də komandamdan razıyam.
- Komandanın içində həftə ərzində siz olursuz. Psixoloji durumda dəyişiklik hiss edirsiz?
- Qalibiyyətlər özü əhval-ruhiyyəni düzəldir. Komandanı daha yaxşı hazırlamağa kömək olur. İndi ab-hava həddindən artıq deyərdim... Amma turnir cədvəlindəki durum bunu deməyə imkan vermir. Amma əvvəlkindən yaxşıdır. Daha da yaxşı olmasına çalışırıq. Həftəiçi komandanın içində mənəm və əhval-ruhiyyə yaxşıdır, uşaqlar bir-birinə bağlanıblar. Məndən əvvəlki baş məşqçi ilə əlaqələndirmirəm. Sadəcə nəticələr basqı yaradırdı.
- Sambunun oyunun necə dəyərləndirirsiz?
- Birinci aylar futbolçu haqda qiymət vermək çətindir. Bunun tərəfdarı olmamışam. Özü də belə hava şəraitində. Burda ancaq mübarizə aparırsan. Hər bir futbolçumuza inanırıq. Allah qoysa, mövsümün sonuna qədər hərəsi bir oyun xeyir versə, irəli getməyimizə kömək olacaq.
- "Qarabağ"la oyundan sonra start heyəti müəyyənləşdirərkən, Yuri Matias seçimində tərəddüdünüz oldu?
- Heç vaxt, əsla olmayıb. Bir səhvin üzərində duran insan olmadığıma görə, belə şey də olmadı. Amma buna baxmayaraq, qorxumuz da olub, kimsə zədələnər. Matiasın o səhvinə görə oynamayacağını düşünməmişdik.
- Ramil Şeydayev kölgədə qalıb. Əsas problemi nədir ki, rəqabətdə uduzur?
- Bu gün heç bir futbolçumuzun problemi yoxdur. Ramildə də heç bir problem görmürəm. "Sabah"la başqa heyətlə oynadıq. Adlarla gəlsək, heç kimdə problem yoxdur. Futbolçudan açıqlama alsaz, keçən həftəki zəif oyununa görə nələrsə ola bilər. Amma bunu da prioritet tutmuruq. Çalışırıq ki, hər bir futbolçunu növbəti matça yaxşı hazırlayaq.