"Səbail"də yeni transfer
13.01.2026 - 14:14
"Səbail" mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.
Klub çempionatın birinci dövrəsini "Şahdağ Qusar"da keçirmiş hücumçu Ruslan Voronsovla mövsümün sonuna qədər müqavilə imzalayıb.
"Səbail"də "9" nömrəli formanı geyinəcək 30 yaşlı futbolçu cari mövsümdə 7 qola imza atıb.
0
0