"Səbail"in Çantakias transferi baş tutmadı - RƏSMİ
12.02.2025 - 13:54
"Səbail"in Çantakias transferi baş tutmadı - RƏSMİ

Daha öncə xəbər verdiyimiz kimi, "Səbail" Dimitrios Çantakiası heyətinə qatmaq niyyətindədir. Lakin bu, ən azı yaya qədər baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, futbolçu yeni klubla anlaşıb.

“Panserraikos”da çıxış edən müdafiəçi artıq "Lamia”nın uğurları üçün çalışacaq.

Bunu klubun mətbuat xidməti açıqlayıb. O, Yunanıstan təmsilçisi ilə yaya qədər müqavilə imzalayıb.

"Səbail"in isə şansını yayda bir daha yoxlayacağı bildirilir.

Qeyd edək ki, Çantakias 2020-24-cü illərdə "Zirə"də çıxış edib.