"Səbail"in futbolçusu "Karvan"da
14.01.2026 - 17:57
"Səbail"in futbolçusu "Karvan"da

"Karvan" futbol klubu növbəti transferini rəsmiləşdirib.

Apasport.az xəbər verir ki,  klub "Səbail"ə məxsus müdafiəçi Emin Rüstəmovu heyətinə qatıb.

Klubun rəsmi açıqlamasında bildirilib ki, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Emin Rüstəmov mövsümün sonunadək “Karvan”ın uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, Emin Rüstəmov Azərbaycan U-21 millisinin formasını geyinir.