
“Səbail”in niderlandlı legioneri Suleyman Alluş Apasport.az saytına müsahibə verib.
- Turlar keçdikcə komanda Birinci Liqaya daha da yaxınlaşır. Kollektivdə hazırkı ab-hava necədir?
- Biz istənilən halda Premyer Liqada qalacağımıza çox inanırıq. Sonuncu pillədə yer alsaq belə, özümüzə inam yerindədir. Atmosfer də yaxşıdır. Dayanmadan işləməyə davam edirik. Mübarizəmiz hələ də davam edir. Əlimizdən gələni edəcəyik.
- "Araz-Naxçıvan"la görüşün son dəqiqələrində qol vurmağa yaxın olsanız da, bunu bacarmadınız. Madi Queta buna çox yaxın idi. Demək olar ki, həmin epizod həlledici oldu?
- Xeyr, mən belə düşünmürəm. Hər oyunun öz hökmü var. Üstəlik də, bizim qarşıda 4 görüşümüz var, bu da 12 xal edir. Biz hər matçda qalib gəlməliyik. Premyer Liqada qalmaq istəyiriksə, hər oyunda qalibiyyətdən başqa yolumuz yoxdur. Yaxşı komandaya sahibik. Bunu edə bilərik.
- “Səbail"i qarşıda "Şamaxı"ya qarşı oyun gözləyir. Bu matç haqda nə düşünürsən? Səncə, səfərdə "Şamaxı"ya qalib gələ biləcəksiz?
- Biz sonuncu turdan sonra da həftəboyu “Şamaxı” ilə görüşü düşünmüşük. Hər şey mümkündür. Biz yalnız üç xal üçün mübarizə aparacağıq. Liqada asan rəqib yoxdur. Amma bizə qarşı da oynamaq asan deyil. Çox maraqlı oyun olacaq. Ən yaxşı nəticəni əldə etmək üçün çalışacağıq.
- Bu turda "Səbail"in Premyer Liqadan aşağı liqaya düşməsi rəsmiləşə bilər. Bunun üçün "Kəpəz" səfərdə "Neftçi"ni məğlub etməli, "Səbail" isə "Şamaxı"ya uduzmalıdır. Səncə, bu baş verəcək? Yoxsa, bu haqda qəti düşünmürsüz və yalnız pozitivə fokuslanmısız?
- Biz yalnız özümüz haqda düşünürük. “Kəpəz”lə oyunumuz da yoxdur. Yalnız öz matçımızı fikirləşirik. Özü də pozitiv düşünürük. Ümidimizi itirmirik. Çünki yaxşı komanda olduğumuzu bilirik.
- Ümumiyyətlə, "Səbail"in Premyer Liqada yerini qoruması üçün demək olar ki, möcüzəyə ehtiyacı var. Səncə, bu möcüzə baş verəcək?
- Bu möcüzə deyil. Biz sadəcə qələbələr qazanmalıyıq. Baş məşqçimizin tələb etdiyi və istədiyi futbolu oynasaq, birlikdə mübarizə aparsaq, qələbələr qazansaq, istədiyimiz nəticəyə də çatarıq.
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- I Liqa: Lider səfərdə uduzdu, “İmişli”dən inamlı qələbə - YENİLƏNİB
- Millimizin dünya çempionatındakı matçlarının təqvimi açıqlanıb
- Süni ot örtüyünün yenilənməsi işləri yekunlaşıb
- "Araz-Naxçıvan" "Zirə" qarşısına 2 itki ilə çıxacaq