Sentyabrın 4-də idman jurnalistləri Gənclər və İdman Nazirliyinin “Səhər idmanı” təşəbbüsünə qoşularaq idman edərək sağlam həyata çağırış ediblər.
Apasport.az xəbər verir ki, Dədə Qorqud parkında toplaşan media nümayəndələri günə gimnastika ilə başlayıblar.
Onlarla birlikdə Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman səfirləri, idman veteranları və gənclər də səhər idmanına qoşulublar.
Apasport.az da nazirliyin təşəbbüsünə qoşulub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi paytaxt sakinlərinin sağlam həyat tərzinə marağını artırmaq üçün bu günlərdə yeni bir təşəbbüsə start verib. Nazirliyin “Sağlam həyat” layihəsi çərçivəsində Zabitlər, Mərkəzi və Dədə Qorqud parklarında həftəiçi 6 gün, səhər saat 7-dən 8-dək səhər məşqləri keçirilir. Məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlamasıdır.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”