Şahmat üzrə “Grand Chess Tour” seriyası davam edir. Apasport.az saytının məlumatına görə, yarışın II mərhələsi Fransanın paytaxtı Parisdə start götürüb.
Dünyanın ən güclü zəka sahiblərinin qatıldıqları turnirdə azərbaycanlı Şəhriyar Məmmədyarov da mübarizə aparır. Artıq rapid növü üzrə yarışın 4 turu arxada qalıb. Həmyerlimiz 1 qələbə qazanıb, 1 heç-heçə edib və 2 məğlubiyyətə üzülüb. Qrossmeysterimiz Uesli Sonu (ABŞ) mat etdiyi halda, Vişvanatan Anandla (Hindistan) “sülh” bağlayıb. Məmmədyarov Vladimir Kramniklə (Rusiya) Levon Aronyana (Ermənistan) isə uduzub.
4 turdan sonra 3 xal yığan Məmmədyarov bu gün daha 2 görüş keçirəcək. Onun rəqibləri Sergey Karyakin (Rusiya) və Fabiano Karuana (ABŞ) olacaq. Rapid növü sabah baş tutacaq 3 turla başa çatacaq.
İyunun 23-də və 24-də isə blits növü üzrə görüşlər keçiriləcək.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb