Səid Mollayi "Masters"də gümüş medalla kifayətləndi
21.12.2022 - 22:06
İsrailin Yerusəlim şəhərində keçirilən "Masters" turnirinin ikinci yarış gününün nəticələri bəlli olub.
Apasport.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Səid Mollayi ardıcıl olaraq 1/8 finalda Moldova təmsilçisi Mixail Latisevə, 1/4 finalda yaponiyalı cüdoçu Sotaro Fucivaraya, yarımfinalda belçikalı idmançı Matias Kasseyə qalib gəlib.
Finalda onun rəqibi gürcüstanlı cüdoçu Tato Qriqalaşvili olub. Görüşün nəticəsində Səid Mollayi uduzaraq turnirin gümüş medalı ilə kifayətlənib.
Qeyd edək ki, dünən Balabəy Ağayev (60 kq) bürünc medal qazanmışdı.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0