Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan "Shimkent cup" turnirində uğurla çıxış ediblər.
Apasport.az saytının məlumatına görə, milli komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə mübarizəyə qatılan təmsilçilərimiz beynəlxalq yarışı iki medalla başa vurublar.
Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qızların qoşa turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Mərziyyə Nurmətova şəxsi turnirdə də etimadı doğruldub. Sumqayıt stolüstü tennis məktəbinin yetirməsi yarışın bürünc medalına da layiq görülüb.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib