AVRO-2020-nin Türkiyə ilə oyununda penaltini qaçıran Qaret Beyl ilkə imza atıb.
Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda uğursuzluq yaşayan Uels millisinin futbolçusu XXI əsrdə Avropa çempionatının final mərhələsində 11 metrlik cərimə zərbəsindən çərçivəyə düşməyən ilk futbolçu olub.
Bu əsrə təsadüf edən əvvəlki 4 çempionatda belə hadisə yaşanmayıb. Penaltidən çərçivəni dəqiq nişan almayan sonuncu futbolçu Raul olub. İspaniya millisinin əfsanəsi AVRO-2000-də Fransanın qapısına yol tapa bilməyib.
Qeyd edək ki, Beyl özü qazandığı penaltini qaçırsa da, Türkiyə ilə oyunda hər iki qolun ötürməsini verərək 2:0 hesablı qələbənin memarı olub və matçın ən yaxşısı seçilib.
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib