Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri keçirilir.
Apasport.az saytı xəbər verir ki, yarışın ikinci günü yığmamız üçün uğurlu olub.
Komandının ən tiltullu üzvü Mariya Stadnik (50 kq) Polşada favorit imicini doğruldub. O, finaladək kanadalı Keti Dutçaka, polşalı Amanda Tomçikə və Kanadanın digər təmsilçisi Madison Parksa "tuş"la qalib gəlib. Həlledici görüşdə Stadnik təcrübəli polşalı güləşçi Anna Lukasyakla qarşılaşıb. 7:0 hesablı qələbə qazanan Mariya "Poland Open"də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, sabah Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) döşək üzərinə çıxacaqlar.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib