Stolüstü tennis üzrə ölkə çempionatı keçiriləcək
04.04.2024 - 19:22
Sabah stolüstü tennis üzrə Azərbaycan çempionatına start veriləcək.
Apasport.az xəbər verir ki, “Şüa” İdman Kompleksində keçiriləcək yarışa respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılacaqlar.
İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparacaqlar. 4 gün davam edəcək yarışda fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0