Stolüstü tennisçimiz beynəlxalq turnirdə medal qazanıb
26.02.2024 - 09:51
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi altında Xorvatiyanın Osiyek şəhərində 13 yaşadək idmançılar arasında keçirilən “Avropa Gənclər Seriyası” turnirinə qatılıb.
Apasport.az xəbər verir ki, tennisçimiz beynəlxalq turnirdə üçüncü yeri tutub.
Xorvatiya, Macarıstan və Avstriya təmsilçilərinin yer aldığı qrupda birinci olan O.Quluzadə ardından Polşa və İsveçrə idmançılarına da qalib gəlsə də, finalın bir addımlığında Çin əsilli almaniyalı rəqibinə məğlub olub.
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
0
0