ABŞ-ın Boston şəhərində keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatının ilk günü başa çatıb.
Apasport.az xəbər verir ki, qadınlar və cütlər qısa proqramda bacarıqlarını göstəriblər.
Azərbaycan idmançısı Nərgiz Süleymanova da buz üzərinə çıxıb. Onun çıxışı 50,97 xalla qiymətləndirilib.
Nərgiz 33 iştirakçı arasında 25-ci yeri tutub. O, sərbəst proqramda çıxışa vəsiqə verən “24-lüy”ün bir addımlığında qalaraq mundiala vida edib. 24-cü yeri tutan litvalı Meda Varuakoyite onu 0,01 xal qabaqlamaqla 50,98 xalla növbəti proqrama vəsiqə əldə edib.
Qeyd edək ki, qısa proqramda ABŞ idmançısı Alisa Liu 74,58 xalla hamını qabaqlayıb. Qadınlar sərbəst proqramda martın 28-də mübarizə aparacaqlar.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub