Sulşer “Mançester Yunayted”ə qayıda bilər
06.01.2026 - 11:53
Norveçli mütəxəssis Ole-Qunnar Sulşer “Mançester Yunayted”də işləyə bilər.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Sulşer “qırmızı şeytanlar”a müvəqqəti rəhbərlik etməyə hazırdır. Mütəxəssis artıq menecerlər vasitəsilə klubla əlaqə saxlayıb.
Xatırladaq ki, Mançester təmsilçisi dünən baş məşqçisi Ruben Amorimlə yollarını ayırıb.
Sulşer 2019-2021-ci illərdə “Mançester Yunayted”ə rəhbərlik edib.
0
0