“Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxacaq
09.01.2026 - 12:57
“Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Saşa İliçin rəhbərlik etdiyi kollektiv “Paksi” ilə qarşılaşacaq. Macarlarla görüşə saat 16:00-da start veriləcək.

“Sumqayıt” Türkiyədə daha 2 yoxlama oyununa çıxacaq. Komanda yanvarın 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcək.