Sumqayıtda əlamətdar oyun
01.03.2025 - 10:34

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Sabah” oyunu hər iki komanda üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, Sumqayıtdakı cavab görüşündə 4:0 hesablı qələbə qazanan Bakı klubu kubokda özünün ən böyükhesablı səfər qalibiyyətini alıb.
Bunadək paytaxt təmsilçisinin səfərdə ən çox fərqlə qalib gəlməsi 2018/19 mövsümünün “Ağsu” ilə görüşünə təsadüf etmişdi – 3:0.
“Sumqayıt” isə kubokda ən ağır ev məğlubiyyətini alıb. Bunadək iki dəfə üç top fərqi ilə uduzan komanda 2015/16 mövsümündə 1:4, bir il sonra 2:5 hesabına üzülüb. Hər iki matçda rəqib “Qarabağ” olub.
- Azərbaycanda daha bir stadion təmirə bağlanır - EKSKLÜZİV
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
- Ehtiram Quliyev: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir"
- Aqil Nəbiyev: "Uşaqlar buna görə əziyyət çəkirlər"
- Milan Antiç: “Qəbələ” layiq olduğu yerə qayıtdı"- Müsahibə
0
0