"Sumqayıt"da oynamış hücumçu Ermənistan klubunda
27.01.2026 - 10:17
"Sumqayıt"ın sabiq hücumçusu Momo Yansane Ermənistanda oynayacaq.
Apasport.az xəbər verir ki, qvineyalı forvard "Pünik"lə anlaşıb.
28 yaşlı futbolçu "Omoniya"dan (Aradipu) ayrılaraq İrəvan klubu ilə 6 ay+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Yansane ötən il "Sumqayıt"ın heyətində 14 matç keçirib və 1 qol vurub.
0
0