“Sumqayıt”ın futbolçusu əməliyyat olundu
30.11.2023 - 21:53
“Sumqayıt”ın futbolçusu Kristian Velinovskinin əməliyyatı uğurla başa çatıb.
Apasport.az xəbər verir ki, bunu “Gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Futbolçunun ayağı 14 gün müddətində gipsdə olacaq. Bu müddət ərzində xəstəxanada qalacaq yarımmüdafiəçi 4 həftə sonra artıq əl ağacı olmadan yeriyə biləcək.
Qeyd edək ki, Kristian 3-4 ay sonra məşqlərə başlaya biləcək.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
0
0