"Sumqayıt"ın yetirməsi Region Liqasında
19.03.2025 - 13:50
"Sumqayıt"ın yetirməsi Region Liqasında

"Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, klub "Sumqayıt"ın yetirməsini transfer edib.

27 yaşlı qapıçı Məhərrəm Məmmədli ilə müqavilə imzalanıb. O, daha öncə "Hypers Guba" və "Füzuli"də çıxış edib.

Qeyd edək ki, onunla sözləşmənin müddəti açıqlanmayıb.