Qarabağ Regional və Gənclər İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şuşa UGİM və "Ocaq Sport" klubunun birgə təşkilatçılığı ilə bədii gimnastika üzrə rayon birinciliyi keçirilib.
Apasport.az xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində keçirilən yarışda 2015-2016-2017-ci il təvəllüdlü qızlar iştirak ediblər.
Turnirdə ümumilikdə 20 idmançı iştirak edib.
2015 təvəllüdlü idmançılar alətlə, digərləri alətsiz çıxış ediblər. Turnirin keçirilməsində məqsəd kiçik yaşlı uşaqlar arasında bu növə marağın artırılmasıdır.
I, II və III yeri tutmuş idmançılar kubok, medal, diplomlar və hədiyyələr təqdim edilib.
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO