Taekvondo üzrə Azərbaycan çempionatı başladı
24.12.2023 - 11:19
Taekvondo üzrə Azərbaycan çempionatı başladı

Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına start verilib.

Apasport.az xəbər verir ki, yarışlar Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə təşkil olunub.

5 gün davam etməsi planlaşdırılan mübarizəyə Bakı İdman Sarayı evsahibliyi edir. Çempionat yeniyetmələrin mübarizəsi ilə başlayıb. Onlar 2 gün ərzində ən güclüləri müəyyənləşdirəcəklər.
Dekabrın 26-27-də gənc taekvondoçular qüvvəsini sınayacaq.
Yarışlara böyüklər və parataekvoduçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 28-də dayanq üzərinə çıxacaqlar.

Qeyd edək ki, yeniyetmələr yeni qaydalara uyğun çəki ilə deyil, boylarının ölçülərinə görə müəyyənləşəcək. Reqlamentə əsasən gənclər 20, böyüklər isə 16 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

0