Tiranada keçirilən açıq Albaniya çempionatına yekun vurulub.
Apasport.az saytının məlumatına görə, Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərlik etdiyi Azərbaycan millisi 2 gün davam edən G2 kateqoriyalı yarışı 6 medalla başa vurub.
Komandamızın heyətində Qaşım Maqomedov (58 kq), Taleh Süleymanova (80 kq) və Patimat Abakarova (49 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüblər. Yalnız finalda məğlub olan Minayə Əkbərova (46 kq) ikinci yeri tutub.
Milli üzvlərindən Həmidrza Sədri (58 kq) və Sona Ağayeva (46 kq) isə bürünc medalla kifayətləniblər.
Beynəlxalq dərəcəli azərbaycanlı hakim Ramal Camalov isə çempionatın ən yaxşı referilərindən biri seçilib.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib