Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə” təsnifat mərhələsinin qalibi olub.
Apasport.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü finalda koreyalı Yanq Huiçanı 2:1 hesabı ilə məğlub edib.
Qaşım bununla da “Böyük Dəbilqə”nin qızıl medalını qazanan ilk Azərbaycan taekvondoçusu olub. Təsnifat mərhələsini qızıl medalla başa vuran Maqomedov həm də “Böyük Dəbilqə”nin Çempionlar Seriyasının final mərhələsinə yüksəlib. Taekvondoçumuz bu yarışda da qalib olacağı halda, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.
Qeyd edək ki, Qaşım qızıl medala yiyələnməklə aktivinə 120 lisenziya xalı yazdırıb.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib