UEFA Avropa Liqasının V matçında "Fənərbaxça" Macarıstanın "Ferencvaroş" klubunu qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Apasport.az xəbər verir ki, matçdan sonra "Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli mütəxəssis Super Liqanın XIV həftəsində baş tutacaq "Fənərbaxça" - "Qalatasaray" derbisi üçün bu sözləri deyib:
"Daha əvvəl derbi haqqında danışmamışam. Bu ilk olacaq. Ümid edirəm ki, siz sevinəcəksiniz. Derbi bizim üçün, komanda və azarkeşlər üçün çox vacibdir. Hər bir oyunçumuz 100 faiz hazır olacaq. Rəqiblərimizdən bir az daha az istirahət edəcəyik, amma sizə söz verə bilərəm ki, biz həmin matça tam hazır olacağıq”.
Qeyd edək ki, İstanbul derbisi dekabrın 1-də baş tutacaq.