“Tottenhem”in məşqçisi öldü
06.10.2022 - 13:38
İngiltərənin “Tottenhem” klubunun məşqçisi Campyero Ventrone vəfat edib.
Apasport.az saytının məlumatına görə, bunu London klubunun mətbuat xidməti açıqlayıb.
İngiltərə təmsilçisinin fiziki hazırlıq üzrə çalışdırıcısı 62 yaşında ölüb. İtaliyalı mütəxəssisin ölümünə leykemiya səbəb olub. Xəstəlikdən əziyyət çəkən məşqçi Neapolda dünyasını dəyişib.
Qeyd edək ki, Ventrone “Yuventus”, “Kataniya”, “Szyansu Sunini” və “Quançjou”da çalışıb. O, 2021-ci ilin oktyabrından “Tottenhem”də fəaliyyət göstərirdi.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək
0
0