Tovuzda qollu bərabərlik - YENİLƏNİB
30.03.2025 - 17:58
Tovuzda qollu bərabərlik - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXVIII tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.

"Səbail" "Kəpəz"in qonağı olub. Qarşılaşma saat 16:00-da start götürüb. Hesabı meydan sahibləri açıb. Lakin qonaqlar bərabərlik topunu vurmağı bacarıblar.

XXVIII tur
16:00. “Kəpəz” – “Səbail” 1:1
Qollar: 
Ş.Mabatşoev, 41 - D.Litvin, 68
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu