"Formula 1" üzrə Azərbaycan qran-prisində ötən illə müqayisədə tribunaların tutumu 35 faiz artıb.
Apasport.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev "Euronews" telekanalına müsahibəsində bildirib.
"Formula 1″ qlobal miqyasda genişlənən və inkişaf edən bir idman növüdür. Bu yarışa ev sahibliyi etmək ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, həm də ona böyük iqtisadi imkanlar qazandırır. Turizmdən əldə edilən gəlirlər, xarici qonaqların şəhərə olan marağı və iqtisadiyyata verdiyi töhfə 2016-cı ildən bəri hər il daha da artmaqdadır", – deyə M.Fərzullayev vurğulayıb.
Azərbaycan qran-prisi sentyabrın 13-15-i aralığında baş tutacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”