Turan Bayramov Avropa çempionu oldu
19.03.2023 - 21:24
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında daha bir idmançımız qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, böyüklərdə ikiqat Avropa mükafatçısı, ötən il İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Turan Bayramov moldovalı Vasili Dyakona sonuncu xal prinsipi ilə qalib gələrək U-23-lər arasında qitə çempionu olub.
Bununla da sərbəst güləşçilərimiz yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0