“Turan Tovuz” təlim-məşq bazası inşa etdirəcək
28.03.2025 - 19:47

Bu gün "Turan Tovuz"un Tovuz şəhər stadionunda yeni inşa edilmiş əsas korpus binasının açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, “Turan Tovuz” təlim-məşq bazası inşa etdirəcək.
Həmin baza Tovuzun Abulbəyli kəndinin ərazisində yerləşəcək.
Burada üç meydana salınacaq ki, onlardan ikisi təbii örtüklü, biri isə süni örtüklü olması gözlənilir.
Tikinti işlərinə yayda start veriləcək.
0
0