
“Səbail”də ayrılıq yaşana bilər.
Apasport.az saytına verilən məlumata görə, Qorka Larruça Premyer Liqanın digər klublarının maraq dairəsindədir.
"Səbail"in futbolçusu "Turan Tovuz"a keçir?
İspaniyalı futbolçu yeni sezona da Azərbaycanda başlaya bilər.
“Səbail” Premyer Liqada qalmağı bacarmasa da, Qorkanın elitada oynamaq şansı olacaq. Yarımmüdafiəçini “Turan Tovuz” heyətinə qatmaq niyyətindədir.
Qərblilər onu heyətinə qatmaq üçün yayda danışıqlar prosesinə başlayacaq.
Larruça hansı klublarda çıxış edib?
Larruçanın “Səbail”lə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, Bayıl təmsilçisi ilə 2024-cü il iyulun 9-da sözləşmə imzalayıb. Qorka bunadək “Gernika”, “Real Union”, “Amorebyeta”, “Dinamo” (Buxarest) və “Etır” klublarında oynayıb.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL